Ukrayna hökuməti MDB-yə üzv ölkələrlə əməyin mühafizəsi sahəsində əməkdaşlıq haqqında sazişdən çıxmaq qərarına gəlib.
AzerTimes xəbər verir ki, bunu Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk deyib.
“Ukrayna 1994-cü il dekabrın 9-da Moskvada imzalanmış əməyin mühafizəsi sahəsində əməkdaşlıq haqqında MDB sazişindən çıxıb”, – Melniçuk bildirib.