Ukrayna Mariupola yaxınlaşır: ruslar rəhlükədə

Ukrayna Mariupola yaxınlaşır: ruslar rəhlükədə

Ukrayna ordusu Melitopoldan 63 km şimalda yerləşən Tokmaka və Mariupoldan 65 km şimalda yerləşən Volnovaxaya yaxınlaşır.

AzerTimes xəbər verir ki, bu barədə rusiyalı hərbi jurnalistlər məlumat veriblər.

Bildirilib ki, Tokmak və Volnovaxa ələ keçirildikdən sonra Rusiya hərbçiləri Ukrayna ordusunun Melitopol, Mariupol və Berdyanska qədər sürətlə irəliləyişini gözləyirlər. Əgər bu baş verərsə, Berdyanskdakı rus qoşunları geri çəkilə bilməyəcək, çünki dəniz yolu ilə onların çıxarılması olduqca risklidir.

Teqlər: