Ukrayna “Lipetsk-2” aerodromunu partlatdı, 700-dən çox…

Ukrayna “Lipetsk-2” aerodromunu partlatdı, 700-dən çox…

Ukrayna PUA-larının endirdiyi zərbələr nəticəsində “Lipetsk-2” aerodromunda 700-dən çox idarə olunan aviabombanın saxlandığı anbarlar partlayıb.

AzerTimes xəbər verir ki, bu barədə UNİAN məlumatlı mənbələrə istinadən məlumat yayıb.

“Xüsusilə də bu gecə Ukrayna Təhlükəsizlik Xidməti Ukrayna Silahlı Qüvvələri və Xüsusi Əməliyyat Qüvvələri ilə birgə Rusiyanın “Lipetsk-2” hərbi aerodromuna hücum həyata keçirib. Hücum olunan aerodromda 700-dən çox idarə olunan aviabombanın saxlanıldığı anvar, bir neçə döyüş təyyarəsi, helikopter olub. Ukrayna PUA-larının zərbəsindən sonra güclü partlayış baş verib və nəticədə aerodromun böyük hissəsində zəncirvari partlama və genişmiqyaslı yanğın yaranıb. “Lipetsk-2” hərbi aerodromunda yerləşdirilən təyyarələrin əksəriyyəti havaya qalxmağa vaxt tapmayıb”, – mənbə bildirib.

Qeyd edək ki, yerli hakimiyyət orqanları partlayışı təsdiqləyib və yaxınlıqdakı yaşayış məntəqələrinin sakinlərinin təxliyə edildiyini elan edib.

Teqlər: