Təxminən bir il ərzində Qara dəniz taxıl dəhlizi vasitəsilə Ukrayna limanlarından 32,8 milyon ton kənd təsərrüfatı məhsulu ixrac olunub.
AzerTimes xəbər verir ki, bu barədə məlumat BMT-dən verilib.
Məlumata görə, hazırda təşəbbüs çərçivəsində yalnız bir gəmi Odessa limanında taxılla yüklənir.
Qeyd edək ki, taxıl dəhlizi ilə üç qitənin 45 ölkəsinə taxıl və digər ərzaq məhsulları ixrac edilib. Onun 46 faizi Asiyaya, 40 faizi Qərbi Avropaya, 12 faizi Afrikaya çatdırılıb.