Ukrayna limanlarının minalardan tam təmizlənməsi bir neçə ay çəkə bilər.
AzerTimes xəbər verir ki, bu fikirləri Beynəlxalq Dəniz Təşkilatının (BDT/IMO) dəniz təhlükəsizliyi üzrə xüsusi müşaviri Piter Adams bölüşüb.
“Sabah limanlar açılsa belə, gəmilərin onra daxil olması və ya çıxması müəyyən vaxt aparacaq. Liman sularını minalardan tamamilə təmizləmək bir neçə ay çəkəcək”, – Adams bildirib.
Onun sözlərinə görə, hələ də Ukrayna limanlarında 80-dən çox gəmi qalıb.
“Gəmilərdə müxtəlif ölkələrdən 450-yə yaxın dənizçi var, onların üçdə biri Filippindən, xeyli hissəsi isə Türkiyə, Suriya və Azərbaycandandır”, – Adams bildirib.