Almaniya Ukraynaya dörd istehkam tankı tədarük edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna mətbuatında məlumat yayılıb.
Qeyd olunub ki, Ukraynaya 4 minatəmizləmə tankı və 4 mobil mühafizə olunan minatəmizləmə sistemini təhvil verib. Həmçinin, sərhədin mühafizəsi üçün Ukraynaya daha 10 zirehli maşın gətirilib.
Xatırladaq ki, Ukrayna Qərb tərəfdaşlarından, xüsusilə Almaniyadan “Leopard” tankları almaq istəyir.