Ukrayna Kurskı tutub, bu ərazilərlə dəyişəcək – Markov

Ukrayna Kurskı tutub, bu ərazilərlə dəyişəcək – Markov

Kurska hücum etməklə Zelenski Putinin düsturunu pozmaq istəyir. Zelenski Kursk və Belqorod vilayətlərində Rusiya ərazilərinin bir hissəsini ələ keçirmək istəyir və bundan sonra sülh sazişləri imzalayarkən, Rusiyanın Xarkov vilayətindən və Zaporojye AES-dən çıxması müqabilində onları qaytaracaq. Əminəm ki, Ukrayna Silahlı Qüvvələrinin təbliğatçıları indi əsgərlərə deyirlər: sizin ələ keçirdiyiniz Kursk vilayətinin hər metrini Xarkov vilayətinin 10 metrinə dəyişəcəyik.

AzerTimes xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Sergey Markov Ukrayna ordusunun Kurska hücumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bu bölgədə möhkəmlənmək üçün var gücü ilə çalışacaq:

“Ukrayna Silahlı Qüvvələri gecə və səhər hücumu intensivləşdirməyə çalışacaq. Əsasən, Rılsk, Korenevo və Suca istiqamətinə hücum mümkündür. Rusiya ordusu ehtiyatları bölgəyə köçürür. İlk növbədə Rusiya aviasiyası Ukrayna Silahlı Qüvvələrini dayandırmağa çalışır. Ukrayna Silahlı Qüvvələri isə özləri ilə çoxlu hava hücumundan müdafiə vasitələri gətiriblər.

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətindən çıxarmaq məqsədi ilə əks-hücum hazırlayır”.

Teqlər: