Ukraynanın məlumatına görə, Kursk vilayətinin 44 yaşayış məntəqəsi (bölgənin təxminən 5%-i), Rusiya məlumatlarına görə isə 28 yaşayış məntəqəsi ələ keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə “Bild” nəşrinin açıq məlumatların təhlili üzrə eksperti Yulian Röpke deyib.
Bildirilib ki, Ukraynanın ən böyük uğuru Sucanın ələ keçirilməsidir: bu, Ukrayna ordusunun işğal edə bildiyi ilk Rusiya şəhəridir:
“Şəhərdən 30 kilometr şimalda Ukrayna Silahlı Qüvvələri Korenevoya hücum edir və öz əhatələrini genişləndirməyə çalışır. Rusiya qüvvələrinin yaydığı kadrlarda rus PUA-larının kəndin cənub və şərqində Ukrayna bölmələrinə hücumu əks olunub.
Əgər Ukrayna bu məskunlaşmış əraziləri zəbt etməyə nail olsa, bu, Vladimir Putin üçün dəhşətli uğursuzluq olacaq”.