Ukrayna Silahlı Qüvvələri artıq Kursk vilayətinin 1294 kvadrat kilometr ərazisinə nəzarət edir.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib.
“Biz Kursk istiqamətində irəliləməyə davam edirik, bu günədək 1294 kvadrat kilometr ərazini və 100-dən artıq yaşayış məntəqəsini nəzarətə götürmüşük. Rusiya ordusunun 594 şəxsi heyəti əsir götürülüb”, – Sırski bildirib.