Ukrayna ordusu Kursk bölgəsinə hücumda Böyük Britaniyadan gətirilən pilotsuz uçuş aparatlarından istifadə edir.
AzerTimes xəbər verir ki, bu barədə “Sandey Tayms” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Böyük Britaniya hökumətinin fəaliyyəti təkcə silah təchizatı ilə məhdudlaşmır. Belə ki, britaniyalı müşavirlər Ukrayna hərbi komandanlığının planlarının müzakirəsində fəal iştirak edirlər.
Bundan əvvəl, “Skay Nyus” kanalı da Ukrayna silahlı qüvvələrinin Kursk vilayətində Londonun verdiyi “Çellencer 2” tanklarından istifadə etdiyini bildirmişdi.