Çin Kursk bölgəsindəki vəziyyəti diqqətdə saxlayır, Pekin münaqişə tərəflərini gərginliyi azaltmağa çağırır.
AzerTimes xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanatında qeyd olunub.
“Bütün tərəfləri vəziyyətin sakitləşdirilməsi üçün 3 prinsipə riayət etməyə çağırırıq: düşmənçilik xaricə yayılmamalı, silahlı münaqişənin genişlənməsinə imkan verməməli və atəşin artmasının qarşısı olınmalıdır”, – bəyanatda deyilib.