Ukrayna 82 və 95-ci desant-hücum briqadalarını da Kurska göndərib.
AzerTimes xəbər verir ki, bu barədə “Forbes” yazıb.
“Hava-desant qüvvələri ilə birlikdə Ukraynanın Kursdakı ordusu indi özündə altı cəbhə briqadasını, iki ayrı batalyonu və pilotsuz təyyarələrin, artilleriya, kəşfiyyat və xüsusi təyinatlıların dəstəkləyici hissələrini birləşdirir. Bu da ümumilikdə 15 minə yaxın hərbi qulluqçu edir”, – məlumatda qeyd olunub.
Bildirilib ki, Kurska göndərilən briqada və batalyonlar cəbhənin Pokrovsk, Torez və Çasov Yar kimi digər aktiv sektorlarından köçürülür.