Ukrayna Kursk AES-ə hücum hazırlayır

Ukrayna Kursk AES-ə hücum hazırlayır

Kiyev Rusiyanın Kursk vilayətində AES-ə hücum hazırlamağa başlayıb.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Zaxarova BMT və MAQATE-ni Kiyevin hazırladığı təxribatı dərhal pisləməyə və nüvə təhlükəsizliyinin pozulmasının qarşısını almağa çağırıb:

“Təxribat Avropada genişmiqyaslı texnogen fəlakətə gətirib çıxara bilər və Kiyevin hərəkətləri MAQATE-nin postulatlarını alt-üst edir”.

Teqlər: