Ukrayna Krımın yarısına nəzarəti ələ keçirsə…

Ukrayna Krımın yarısına nəzarəti ələ keçirsə…

Ukraynada rus işğalçılarına qarşı genişmiqyaslı müharibə gedir və ukraynalıların nəzarəti bərpa etməli olduğu ən mühüm ərazi Krımdır.

AzerTimes xəbər verir ki, bunu ABŞ Quru Qoşunlarının istefada olan sabiq komandanı Uesli Klark deyib.

“Əgər Ukrayna tərəfi Krımın sahillərinə və ya yarımadanın yarısına nəzarəti ələ keçirsə, o zaman ruslar Krım torpaqlarından xüsusən raket meydançası kimi istifadə etmək imkanını itirəcək və bu, mühüm nailiyyət olardı.

Krım həqiqətən də bu müharibədə Rusiyanın ən dəyərli nailiyyətidir. Bu, Ukraynanın öz nəzarətinə qaytarmalı olduğu ən vacib ərazidir, çünki Qara dənizdə naviqasiya azadlığına təsir göstərir. Bu, Ukrayna üçün vacibdir”, – U.Klark vurğulayıb.

Qeyd edək ki, Rusiya 2014-cü ilin fevralında Krımı işğal edib və daha sonra Kerç boğazı üzərində körpü tikib.

Teqlər: