Ukrayna ordusu ilhaq olunmuş Krım yarımadasına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində Rusiya ordusunun 23 hərbçisi ölüb.
Ölənlərdən 5-nin zabit olduğu bildirilib.
Həlak olanların sayının artacağı istisna deyil.
Ukrayna Silahlı Qüvvələrinin konkret olaraq hansı hədəfləri vurduğu açıqlanmayıb.