Ukrayna Krımı qaytarmaq gücünə malikdir – Miller

Ukrayna Krımı qaytarmaq gücünə malikdir – Miller

Ukrayna Rusiyanın işğal etdiyi ərazilərini azad etmək və 1991-ci il sərhədlərini bərpa etmək üçün hər cür imkana sahibdir.

AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

“Ukrayna Krım yarımadasını da geri qaytarmaq hüququna və imkanına malikdir. Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qorumasını dəstəkləyirik”, – Miller bildirib.

Teqlər: