Krım Muxtar Respublikası Ukraynanın tərkib hissəsidir. Ukrayna Konstitusiyasının 17-ci maddəsinə əsasən, Ukraynanın müdafiəsi Ukrayna xalqının və Silahlı Qüvvələrinin vəzifəsidir.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı keçmiş səfiri, Ukrayna Böhran Media Mərkəzinin idarə heyətinin rəhbəri Valeri Çalıy deyib.
O bildirib ki, Krımın azadlığı üçün Ukrayna diplomatik, siyasi və hərbi mexanizmlərdən istifadə edəcək.
Çalıyın sözlərinə görə, Ukraynanın ərazilərini azad edəndən dərhal sonra təhlükəsizliyi üçün ölkənin müdafiə sistemləriylə təmin edilməsi məsələsi ortaya çıxacaq:
“Biz başa düşürük ki, Rusiya indiki rejim altında bununla kifayətlənməyəcək. Buna görə də Qara dənizdə Rusiya təhlükəsini aradan qaldıracaq müdafiə sistemi lazımdır.
Krım Ukraynanın ayrılmaz hissəsidir. Onun azadlığı üçün yeganə yol Avropanın müdafiə və təhlükəsizlik sistemi olan NATO-ya üzv olmaqdır. Əgər biz torpaqlarımızı azad edəndən dərhal sonra NATO üzvü olmasaq, onda gələcəyimiz çox çətin olacaq”.