Ukrayna Rusiyanın işğal etdiyi Krımı 6 aya qaytara bilər.
AzerTimes xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Oleq Jdanov deyib.
“Ukrayna Polşadan modernləşdirilmiş çoxməqsədli MiQ-29 qırıcıları alarsa, o zaman Rusiya ilə müharibədə köklü dəyişiklik baş verəcək. Əlbəttə, bundan sonra Krımı 6 ay ərzində Ukraynanın nəzarətinə qaytarmaq realdır. Bu təyyarələr o qədər modernləşdirilib ki, Rusiyanın malik olduğu hava hücumundan müdafiə sistemləri ilə asanlıqla döyüş apara bilər”, – o bildirib.