Ukrayna Krımdan gələn dəmir yolunu sıradan çıxardı

Ukrayna Krımdan gələn dəmir yolunu sıradan çıxardı

Xerson vilayətində Krımdan gələn Rusiya hərbi qatarına Ukrayna hərbi qüvvələrinin zərbəsi nəticəsində dəmir yoluna ciddi ziyan dəyib.

AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi öz kəşfiyyat məlumatlarına istinadən Tvitterdə məlumat yayıb.

“Ukraynanın zərbəsi nəticəsində Xersondan Krıma gedən dəmir yolunun işləmək ehtimalı çox azdır. Ruslar çox güman ki, bir neçə günə dəmir yolunu təmir edəcəklər, lakin bu, Rusiya qüvvələri və Krımdan Xersona qədər tədarük zəncirləri üçün zəif nöqtə olaraq qalmaqda davam edəcək”, – məlumatda bildirlir.

Teqlər: