Ukrayna ordusu yenidən Krıma kütləvi hücum təşkil edib.
AzerTimes xəbər verir ki, bununla bağlı Krım sakinləri görüntü paylaşıb.
Bildirilib ki, hücumu dəf etmək üçün HHM sistemləri fəaliyyətdədir.
“Şot” kanalının məlumatına görə, Simferopol, Aluşta, Yalta və Yevpatoriyada, həmçinin Cankoy bölgəsində partlayış səsləri eşidilib. Sevastopolda dəniz nəqliyyatı müvəqqəti olaraq dayandırılıb.