Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Kerç vilayətində qanadlı raketi vurub.
AzerTimes xəbər verir ki, bu barədə anneksiya edilən Krımın “rəhbəri” Sergey Aksyonov Teleqram kanalında məlumat yayıb.
“Kerç bölgəsində Hava Hücumundan Müdafiə Qüvvələri qanadlı raketi vurub. Dağıntı və tələfat yoxdur”, – Aksyonov bildirib.