Ukrayna Krıma hücum edə bilər – ABŞ generalı

Ukrayna Krıma hücum edə bilər – ABŞ generalı

Ukrayna Silahlı Qüvvələri bu yayın sonuna qədər Krım yarımadasını Rusiyadan geri ala bilər.

AzerTimes xəbər verir ki, bunu təqaüddə olan amerikalı general Cek Kin deyib.

“Döyüşlər Kiyevin xeyrinə davam etsə, Ukrayna qoşunlarının yarımadaya nəzarəti ələ keçirməsi mümkündür. Ukrayna kəşfiyyatının məlumatına görə, hazırda Krımda Rusiya hərbçilərinin sayı azdır. Ukraynalılar bu vəziyyətdən uğurla istifadə edə bilərlər, çünki demək olar ki, bütün Rusiya ordusu hazırda Xerson, Nikolayev və Zaporojye ərazilərində yerləşdirilib”, – ABŞ generalı bildirib.

O qeyd edib ki, hazırda Ukrayna ordusu vahid istiqamətdə əks-hücum üçün qüvvələr toplamalıdır:

“Və bu uğurlu irəliləyişlə Ukrayna hərbçiləri Krımı geri ala biləcək”.

Teqlər: