Ukrayna koronavirusa yoluxma hallarının sayında pik həddə çatıb.
AzerTimes-ın məlumatına görə, bunu ölkənin səhiyyə naziri Viktor Lyaşko deyib.
V.Lyaşko bildirib: “Biz indi pik nöqtədəyik və gözləyirik ki, bundan sonra yoluxmaların sayı tədricən azalacaq. Bu pik həddi nə qədər tez keçəcəyimiz ukraynalıların karantin məhdudiyyətlərinə əməl edib-etməməsindən və nə qədər tez peyvənd olunmalarından asılı olacaq”.
Səhiyyə naziri əlavə edib ki, ölkədə koronavirusa yoluxma hallarının sayı hər həftə iki-üç dəfə artıb.