Ukrayna Keverə cavab: Psixi xəstə özünsən!

Ukrayna Keverə cavab: Psixi xəstə özünsən!

Ukrayna XİN-ni ölkə prezidenti Vladimir Zelenskinin psixi problemləri olduğunu bildirən Macarıstan parlamentinin sədri Laslo Keverin sözlərinə cavab verib və ondan öz psixi sağlamlığına dair arayış göstərməsini istəyib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna XİN-in rəsmi nümayəndəsi Oleq Nikolenko deyib.

“Ukrayna Xarici İşlər Nazirliyi Macarıstan parlamentinin sədri Laslo Keverin onun psixi sağlamlığının vəziyyəti ilə bağlı arayış dərc etməsini gözləyir. Cənab Keverin sözlərinin sonrakı qiymətləndirilməsi birbaşa sənəddə qeyd olunan nəticədən asılıdır”, – o bildirib.

Teqlər: