Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı, general Sergey Surovikin Rusiya ərazisindədir, o, səlahiyyətlərindən qismən məhrum edilib.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin spikeri Andrey Yusov deyib.
O bildirib ki, Rusiyada “Vaqner”in təsisçisi Yevgeni Priqojinin uğursuz üsyanından sonra “qurbağalar gürzələrlə yarışır” və Surovikin faktiki olaraq səlahiyyətlərindən məhrum edilib:
“Onun gələcək taleyinə gəlincə, bu barədə hələ qərar verilməyib”.