Xersonda “Novaya Rus”un üzvü və fəaliyyəti qadağan edilmiş Şariya Partiyası üzvü Dmitri Savluçenkonun avtomobili partladılıb.
AzerTimes xəbər verir ki, bu barədə Xerson sakinləri məlumat yayıb.
Bildirilib ki, Savluçenko Medvedçukun partiyasının üzvü olub və uzun illər şəhərdə açıq şəkildə antiukrayna fəaliyyətləri təşkil edib.
“Ola bilsin ki, o, Ukrayna xüsusi xidmət orqanları tərəfindən məhv edilib, lakin kriminal qarşıdurmaların mümkünlüyü istisna deyil”, – məlumatda vurğulanıb.