Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Kiyevin mərkəzində əks-kəşfiyyat əməliyyatları keçirir.
AzerTimes xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.
Qeyd edilib ki, əks-kəşfiyyat tədbirləri Şevçenko rayonu, Sofiya və Mixaylovskaya meydanları və ətraf ərazilərdə aparılır.
Bildirilib ki, əməliyyatlar Ukrayna Milli Polisi, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hüquq-mühafizə Xidməti və digər güc strukturları ilə birgə keçirilir.
Ukrayna Təhlükəsizlik Xidməti bir sıra keçid və küçələrdə məhdudiyyətlərin olacağı ilə bağlı xəbərdarlıq edib.