Federal Təhlükəsizlik Xidməti (FTX) Kalininqradda Ukrayna Baş Kəşfiyyat İdarəsinin iki əməkdaşını Rusiya-Litva sərhədində casusluq etdiyinə görə saxlayıb.
AzerTimes xəbər verir ki, bu barədə FTX-nin Mətbuat Xidmətindən məlumat verilib.
“Baş Kəşfiyyat İdarəsinin əməkdaşları Litva ərazisindən Rusiya qanunsuz daxil olmağa cəhd ediblər, lakin təhlükəsizlik işçiləri tərəfindən saxlanılıblar. İstintaq hərəkətləri zamanı müəyyən edilib ki, onların məqsədi atası Baş Kəşfiyyat İdarəsinin əməkdaşı olan azyaşlı Rusiya vətəndaşını qaçırmaq və sərhəddən qanunsuz keçirmək olub”, – məlumatda bildirilib.