Ukrayna kəşfiyyatçıları rusların silah anbarını vurdu

Ukrayna kəşfiyyatçıları rusların silah anbarını vurdu

Donetskdə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əsgərləri ruslara məxsus silah anbarını məhv ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Yüksək dəqiqlikli silahlardan endirilən zərbələr nəticəsində düşmənin döyüş sursatı toplanan anbarı vurulub”, – məlumatda bildirilib.

Kəşfiyyatın məlumatına görə, silahlar olan baza Rusiya işğalçı qüvvələrinin 1-ci ordu korpusunun 110-cu motoatıcı briqadasına məxsus olub. Briqada hazırda Avdeyevka ərazisində hücum əməliyyatlarında iştirak edir.

Teqlər: