Belqorod vilayətinə diversiya-kəşfiyyat qrupunun daxil olması ilə bağlı yayılan məlumatlar yalandır.
AzerTimes xəbər verir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov deyib.
“Yeni heç nə baş verməyib. Düşmənimizin tapşırığı – panika yaratmaq, hamını qorxudaraq evlərindən çıxmağa, ərazini tərk etməyə vadar etməkdir. Ona görə də yalnız etibarlı mənbələrə inanın!” – deyə o bildirib.