Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara dəniz donanmasının gəmilərinə pilotsuz qayıqla hücum etməyə cəhd edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, sentyabrın 14-də Qara dəniz sularında Qara Dəniz Donanmasının hərbi-dəniz aviasiyası Ukrayna Silahlı Qüvvələrinin pilotsuz katerini aşkar edərək məhv edib.