Ukrayna ordusu artıq ABŞ-ın verdiyi kasetli sursatlardan istifadə edir.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
“Müdafiəçilər Ukraynanın cənub-şərqində kaset mərmilərindən istifadə etməyə başlayıblar. Döyüşçülər Ukrayna qoşunlarının yay hücumunu ləngidən yaxşı möhkəmləndirilmiş Rusiya mövqelərini qırmağa çalışırlar”, – məlumatda qeyd edilib.
Qeyd edək ki, Ukrayna kasetli sursatlardan istifadə ilə bağlı rəsmi məlumat verməyib.