Ukraynanın “1+1” telekanalı canlı efirdə Rusiya ilə müharibə başlayandan bəri Ukrayna Silahlı Qüvvələrinin itkisini açıqlayıb.
AzerTimes xəbər verir ki, telekanalda təqdim edilən infoqrafikada Ukrayna Silahlı Qüvvələrinin 1 milyon 126 min 562 hərbçisinin öldüyü, yaxud itkin düşdüyü qeyd olunub.
Bildirilib ki, bu məlumatdan sonra prezident administrasiyasından telekanal rəhbərliyinə zəng olunub və səhvin düzəldilməsi tələb edilib.
Media qurumu da öz növbəsində texniki səhvə görə üzrxahlıq edib.