Ukrayna “Kalibr” raketlərini vurdu

Ukrayna “Kalibr” raketlərini vurdu

Rusiyanın “Kalibr NK” qanadlı raketləri dəmir yolu ilə daşınarkən Canköydə məhv edilib.

AzerTimes xəbər verir ki, Krımın Canköy hava limanına və dəmir yolu xəttinə hücumu haqqında bu məlumatı Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi yayıb.

“Kalibr NK” Rusiya Qara dəniz donanması gəmilərindən atəş üçün nəzərdə tutulub.

Məlumatda bu cür parametrlərə sahib raketlərin yerüstündə 2500 kilometr, dəniz üzərində isə 375 kilometr uzaqlıqdakı hədəfləri vurmaq qabiliyyətinə sahib olduğu bildirilib.

Teqlər: