Ukrayna ABŞ-ın JDAM-ER raketlərini alarsa, Donbasda praktiki olaraq təhlükəsiz yer qalmayacaq.
AzerTimes xəbər verir ki, bunu Donbas separatçılarının nümayəndəsi Qagin deyib.
“Düzdür, raketin tədarükü ilə bağlı məlumat hələ təsdiqlənməyib. Amma həqiqətən də onları çatdırsalar, hesab edirəm ki, “dxr”, “lxr” ərazisində təhlükəsiz yer qalmayacaq”, – Qagin bildirib.
Qeyd edək ki, “Blumberq” agentliyi ABŞ-ın Ukraynaya GPS sistemləri ilə idarə olunan JDAM-ER raketlərini verəcəyini yazıb.