Ukrayna İsraili təhdid etdi

Ukrayna İsraili təhdid etdi

İsrail hökuməti ukraynalıların ölkəyə girişinə qadağa qoymağa davam edərsə, yəhudi zəvvarlar Uman şəhərindəki ziyarətgaha səfər edə bilməyəcəklər.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın İsraildəki səfirliyindən məlumat verilib.

“Ukrayna hökuməti İsrailə birmənalı mesajda bildirir ki, ukraynalıların İsraildən deportasiyası dayanmasa, israillilərin Umana girişi qadağan olunacaq. Ukrayna İsraillə vizaların ləğvi ilə bağlı razılaşmanı dayandıracaq”, – məlumatda qeyd olunub.

Teqlər: