Ukrayna İranın Rusiyaya hərbi dəstəyilə bağlı İsraildən kəşfiyyat məlumatları istəyib.
AzerTimes xəbər verir ki, bu barədə “Axios” nəşri İsrail rəsmilərinı istinadən məlumat yayıb.
Qeyd olunur ki, Kiyev İranın “Şahid-136” pilotsuz təyyarələrinin döyüş bölgəsində görünməsi ilə bağlı xəbərlərdən təşvişə düşüb.
Nəşrin məlumatına görə, bu məsələ İsrail Xarici İşlər Nazirliyinin Avropa-Asiya Departamentinin rəhbəri Simona Halperinin Kiyevə səfəri zamanı qaldırılıb. Ukrayna tərəfi İsrail hakimiyyətinə Yaxın Şərq problemlərinə dair xüsusi dialoq kanalı yaratmağı təklif edib.