Bir həftə ərzində Ukrayna qüvvələri tərəfindən İranın 40-dan çox pilotsuz təyyarəsi vurulub.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Ötən həftənin şənbə günündən bu günə qədər İranın 40-dan çox pilotsuz təyyarəsi, xeyli sayda Rusiya raketi, işğalçıların altı hücum helikopteri və onlara məxsus bir neçə təyyarə vurulub”, – Zelenski deyib.