Müharibənin ilk günündən indiyə qədər Ukrayna 10 min civarında əsgər itirib.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.
“Konflik ərzində bizdə hər sutkada təxminən 100 əsgər həlak olub. Ancaq Rusiya ordusunda müharibənin ilk 20-30 günündə gündəlik itki 1000 nəfər idi. Hazırda rus ordusu hər gün 200-300 civarında əsgər itirir”, – Arestoviç bildirib.
Arestoviç eyni zamanda Qərb müttəfiqlərini silahın verilməsində çox ləng davranmaqda da ittiham edib.