Ukrayna ilk dəfə lazer sistemini nümayiş etdirdi – Video

Ukrayna ilk dəfə lazer sistemini nümayiş etdirdi – Video

Ukrayna ilk dəfə olaraq “Trizub” lazer sistemini nümayiş etdirib.

AzerTimes xəbər verir ki, bu barədə görüntüləri Ukraynanın PUA Qüvvələrinin komandanı Vadim Suxarevski yayıb.

Bu lazerin 3 min metrə qədər məsafədə hücum PUA-larını, aviabombaları, qanadlı və ballistik raketləri, 5 min metrə qədər məsafədə isə helikopterləri, təyyarələri və kəşfiyyat aparatlarını məhv etmək gücündə olduğu iddia edilir.

Bundan əlavə, lazer 10 min metrə qədər məsafədə pilotsuz təyyarələri, qanadlı raketləri, helikopterləri və təyyarələri “kor etmək” gücündədir.

Teqlər: