Kiyevdə “müharibə partiyası”nın hökmranlığını nəzərə alsaq, sülhlə bağlı dialoqu təsəvvür etmək çətindir.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Kiyevdə “müharibə partiyası” hökmranlıq edir və o, Rusiyanı döyüş meydanında məğlub etməyə çalışır. Belə bir şəraitdə sülh haqqında dialoq təsəvvür etmək çətindir”, – Lavrov bildirib.
Lavrovun sözlərinə görə, 2022-ci ilin sentyabrından Ukraynada Rusiya ilə danışıqlara hüquqi qadağa qoyulub.