Ukrayna ilə Rusiya arasında yeni danışıqların nə vaxt aparılacağı açıqlanıb

Ukrayna və Rusiya Federasiyası arasında danışıqların dördüncü
raundu “hüquqi formatlar” hazırlandıqdan sonra baş tutacaq.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Kommersant” qəzetinə müsahibəsində
Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müşaviri
Mixail Podolyak deyib.

Onun sözlərinə görə, bu cür formatlar yaxın gələcəkdə hazırlana
bilər:

“Qarşılıqlı hüquqi formatlar işlənib hazırlandıqdan sonra görüş
– danışıqların dördüncü raundu təyin olunacaq. Bu sabah da, o biri
gün də ola bilər…”.

Teqlər: