Rusiyalı girovların Ukraynadan qaytarılması üzərində işlər davam etdiriləcək.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib.
Onun sözlərinə görə, Ukrayna tərəfinin İl-76 təyyarəsini raketlə vurmasına baxmayaraq, Kiyevlə əsir mübadiləsi davam edəcək.
Qeyd edək ki, bundan öncə də Ukrayna tərəfi girovların mübadiləsinin davam etdiriləcəyini bəyan etmişdi.