Ukrayna ilə Gürcüstan münasibətləri gərginləşir

Ukrayna ilə Gürcüstan münasibətləri gərginləşir

Ukrayna Prezidenti Vladimir Zelenski Mixail Saakaşvilinin Ukraynada İslahatların İcraiyyə Komitəsinin rəhbəri vəzifəsinə təyin edib.

Bu səbəbdən Gürcüstan Kiyevdəki səfiri Teymuraz Şaraşenidzeni məsləhətləşmə üçün geri çağırıb.

Zelenski rəsmi Tiflisin bu addımını səhv adlandırıb:
“Bizim Gürcüstan və gürcü xalqı ilə əla münasibətlərimiz var. Hər şeyə baxmayaraq, Ukraynadakı səfirimizi heç bir məsləhətləşmə üçün geri çağırmayacağıq. Mənə elə gəlir ki, bu, Gürcüstan tərəfinin səhvidir. Mənə elə gəlir ki, məsləhətləşmələrdən sonra bütün tərəflər hər ölkədə kadr siyasətinin bu ölkəyə və bu ölkədə yaşayan vətəndaşlara aid olduğunu başa düşəcəklər”, – Ukrayna dövlət başçısı bildirib.