Ukrayna ilə dost olmadan da bacararıq – Pşidaç

Ukrayna ilə dost olmadan da bacararıq – Pşidaç

Kiyev dostluq əlaqələrini kəsmək istəsə, Varşava bunun öhdəsindən gələcək.

AzerTimes xəbər verir ki, bunu Polşa Prezident Administrasiyasının beynəlxalq siyasət idarəsinin rəhbəri Marçin Pşidaç deyib.

“Ukrayna başa düşməlidir ki, parçalanmağa imkan verməmək hamımızın marağındadır. Ancaq Ukrayna Polşa ilə dost olmaq istəməsə və buna can atmasa, əlbəttə ki, biz bunun öhdəsindən gələ bilərik. Biz NATO-dayıq, güclü ordumuz var, AB-dəyik, yaxşı işləyən dövlətimiz var. Hazırda problem içində olan Ukraynadır və Polşanın dəstəyini almaq onun maraqlarına uyğundur”, – Pşidaç bildirib.

Teqlər: