Rusiya Ukrayna ilə danışıqlara hazırdır.
AzerTimes xəbər verir ki, bu barədə ölkəsinin mövqeyini Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov təkrarlayıb.
“Biz danışıqlara hazırıq, amma Zelenski bunu istəmir. Bu onun seçimidir”, – Ryabkov bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya XİN başçısı Sergey lavrov Kiyevin danışıqlardan Qərb tərəfdaşlarının təkidi ilə imtina etdiyini bildirmişdi.