Rusiya Ukraynada öz məqsədlərinə dinc yolla nail olmaq istərdi, lakin qarşı tərəf danışıqlara hazır olmadığı üçün xüsusi hərbi əməliyyat keçirməyə məcburdur.
AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Bizim üçün əsas odur ki, qarşımızda duran məqsədlərə nail olaq. Ondan sonra hansı üsullardan istifadə olunması ikinci dərəcəlidir. Təbii ki, bunu dinc yolla etmək daha məqsədəuyğundur, lakin biz görürük ki, nə Vaşinqton, nə Avropa dövlətləri, nə də Ukrayna indi siyasi-diplomatik vasitələrə meyilli deyil. Buna görə də, xüsusi əməliyyat məqsədlərə tam nail olunana qədər davam etməlidir”, – Peskov bildirib.