Ukrayna ilə danışıqlar ağır irəliləyir.
Trend-in
məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı
deyib.
O bildirib ki, Rusiya Qərb ölkələrinin Ukrayna ilə danışıqlarda
vasitəçiliyinə qarşı deyil.
“Amma Moskvanın dəqiq vurğulanan qırmızı xətləri mövcuddur. Qərb
Rusiyanı maksimum uzun müddət döyüş əməliyyatları vəziyyətində
saxlamağa ümid edir”, – nazir vurğulayıb.
(Tərcümə: Orxan Nəbiyev)