Rusiya Ukrayna ilə danışıqlar aparmaqdan imtina etmir.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Böhranın həlli ilə bağlı yardıma gəlincə, biz açıq şəkildə dəfələrlə demişik ki, siyasi həll yolu tapmaq üçün səmimi istəkdən irəli gələn ciddi təkliflərdən heç vaxt imtina etmirik. Biz danışıqlara çağıranda mən qərbli həmkarlarından kimsənin Ukraynanı danışıqlara çağırdığını xatırlamıram. Ukraynanı müharibəni davam etdirmək üçün qururlar”, – Lavrov bildirib.