Ukrayna ilə bağlı bizim vəzifəmiz budur – Sallivan

Ukrayna ilə bağlı bizim vəzifəmiz budur – Sallivan

ABŞ Prezidenti Co Bayden dövlət başçısı kimi fəaliyyətinin qalan aylarında Ukraynanı dəstəkləməyə diqqət yetirəcək.

AzerTimes xəbər verir ki, bunu ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Sallivan həmçinin bildirib ki, Bayden BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

O, Vaşinqtonun ikitərəfli görüşdən gözləntilərini şərh edərkən deyib: “Bizim vəzifəmiz danışıqlarda mövqeyini gücləndirmək üçün Ukraynanı döyüş meydanında əlverişli mövqeyə qoymaqdır”.

Teqlər: